Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, turnirin nəticəsinə əsasən, 1-ci yeri 244 №-li tam orta məktəbin komandası, 2-ci yeri 276 №-li tam orta məktəbin komandası, 3-cü yeri 283 №-li tam orta məktəbin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.com






























