Şəhid İlqar Əhmədovun barelyefinin açılış mərasimi keçirilib – FOTOLAR

0
147
bineqedi-sehid-barelyef.png
Şəhid Əhmədov İlqar Adil oğlunun yaşadığı evin qarşısında barelyefinin açılış mərasimi keçirilib.
Bineqedi.com xəbər verir ki, mərasimdə şəhidimizin xatirəsi ehtiramla yad olunaraq barelyefin qarşısına əklil qoyuldu, gül dəstələri düzüldü.
Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsii üzrə nümayəndəsi Zaur Qafarov, M.Ə.Rəsulzadə Qəsəbə Bələdiyyəsinin sədri Hümmət Hüseynov, 100 № tam orta məktəbin müəllim və şagird kollektivi və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Səməndər Mənəfov və Hümmət Hüseynov çıxışlarında vətən yolunda şəhid olmuş hər bir igidimizin xatirəsinin daim əziz tutulmasının önəmindən, şəhidlərimizin hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmasından söhbət açaraq, torpaqlarımızın ərazi bütövlüyü yolunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdilər.
Çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qəhrəman əsgərlərimiz şanlı tarix yazdılar, bayrağımızı zirvələrdə dalğalandırdılar.
Şəhidimiz ilə bağlı xatirələrini bölüşən valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Bineqedi.comBir 16 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 13 nəfər, uşaq, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə narkotik satışında şübhəli bilinən 2 nəfər saxlanılıb – VİDEO
Növbəti məqalədəBinəqədidə “Müharibə veteranı” vəsiqələrinin təqdim edilməsi məqsədilə tədbir keçirilib – FOTOLAR