Binəqədidə “Müharibə veteranı” vəsiqələrinin təqdim edilməsi məqsədilə tədbir keçirilib – FOTOLAR

0
133
muharibe-veterani-vesiqe-bineqedi.png
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Xocəsən qəsəbəsi Atıcılıq Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş Vətən Müharibəsi veteranlarına “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqələrinin təqdim edilməsi məqsədilə tədbir keçirilib.
Bineqedi.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Babayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Nicat Həsənov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev, Xocəsən Qəsəbə Bələdiyyəsinin sədri Nigar Məmmədova və 688 nəfər Vətən Müharibəsi veteranı iştirak etdi.
Tədbirin açıq elan olunmasından öncə dövlət müstəqiliyimizin bərpası və ərazi bütövlüyümüzün qorunması uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Babayev çıxış edərək xalqımızın şərəf və qəhrəmanlıq salnaməsinə çevrilmiş “Zəfər” qalibiyyətimizin tarixindən danışdı. 44 gün ərzində davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi olaraq dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Daha sonra natiq çıxışında vətən uğrunda döyüşərək sağlamlıqlarını itirmiş, vətən uğrunda canlarından keçmiş müharibə əlillərinə, şəhid ailələrinin dövlətimiz tərəfindən diqqət mərkəzində saxlandığını, hər zaman qayğı göstərildiyini qeyd etdi.
Tədbirin sonunda Vətən Müharibəsinin iştirakçısı olmuş veteranlara “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqələri təqdim edildi.
Bineqedi.com
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "Bank ERBA JAN AQUAVITA AYCAN AYCAN ISİYASI" şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "ISSE W ERATION AZORBAYCAN ATICILIQ FEDERASİYASI" şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "AZORBAYCAN ATICILIQ FEDERASİYASI" şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "AZORBAYCAN ATICILIQ ATIC FEDERASİYASI" şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "AZORBAYCAN ATICILIQ FEDERASİYASI" şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "1 AYCAN ASİYASI" şəkili ola bilərBir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilər
Əvvəlki məqaləŞəhid İlqar Əhmədovun barelyefinin açılış mərasimi keçirilib – FOTOLAR
Növbəti məqalədəAzərbaycanda “kupça”larla bağlı YENİLİK – Qeydiyyat sadələşir, xərclər azalır – VİDEO