Əli Həsənov Binəqədidəki torpaqlarını satıb? – İDDİA

0
124

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsini satıb.

Bu iddia ilə bağlı xəbəri Axar.az saytı yayıb.

Sayt iddia edib ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat əldə edib.

Saytın xəbərinə görə, “Təchizatçı” ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 097-ci məhəllə, 14B ünvanında yerləşir.

Torpaq sahəsinin ölçüsü təxminən 1,7 hektara yaxındır.

Xəbərdə iddia edilib ki, ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib.

“Təchizatçı” ASC ərazini tam pay sahibi kimi 2016-cı ildə qeydiyyatdan keçirib.

Məlumatda o da irəli sürülüb ki, “Təchizatçı” ASC-nin qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyevdir. Əli Həsənov və onun xanımı Sona Vəliyevanın yaxın qohumu olan Azər və Fərmayıl Vəliyevlər PA-nın sabiq şöbə müdirinin biznes imperiyasını idarə edirlər.

“Təchizatçı” adı ilə ünvanı Heydər Əliyev, 181 və Ziya Bünyadov, 15 olmaqla, onlarla qurum qeydiyyatdan keçib.

Əvvəlki məqaləMüstəqillik dövrünün ən böyük İES-nin təməli qoyuldu – Prezident mərasimində çıxış edib
Növbəti məqalədəBinəqədidə 33 yaşlı qadın özünü asıb?