“Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur” – Prezident

0
104
prezident-ilham-eliyev

“Yəqin bilirsiniz ki, bizim qonşuluğumuzda sanksiyalardan yayınma kimi qanunsuz fəaliyyətlə məşğul olanlar var. Belə məlumatlar mövcuddur. Həmin ölkənin ingilis dilində adı da “A” ilə başlayır, lakin bu Azərbaycan deyil. Bu, sirr deyil, bütün rəqəmlər bəllidir. Biz gözləyirik ki, onlara bu əməllərinə görə sanksiyalar tətbiq olunsun. Yaxud ümumiyyətlə, buna görə onlara sanksiya tətbiq ediləcəkmi? Müxtəlif dövlətlərin nüfuzlu rəsmi nümayəndələrinin dediklərinə nəzər salsanız anlayarsınız ki, bu çirkli bizneslə kim məşğul olur”.

Bineqedi.com xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində  Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “ODDO BHF” maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanovun müraciətinə cavab olaraq deyib.

Dövlət başçısı deyib ki, Azərbaycan bu işlə məşğul deyil:

“Bu prosesin ilk günlərindən mənim bununla bağlı təlimatım aydın olub – paralel idxala və sanksiyalardan yayınma üçün hər hansı fürsətə imkan verilməsin. Biz qanuna tabe ölkə və xalqıq. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq. Siz qeyd etdiniz ki, Azərbaycanda müəyyən vaxt keçirmisiniz. Ümid edirəm ki, həmin dövrdən zövq almısınız”.

Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmizin bank sektorunda olduqca ciddi problemlər var idi:

“Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ilə bağlı idi ki, bu, az qala Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bu, məqsədyönlü təxribat idi və sadəcə, dövlət vəsaitinin oğurlanması deyildi. Bu, Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bizim bunun arxasında kimlərin dayanması ilə bağlı müəyyən mənada təsəvvürümüz var.

Burada böyük təmizləmə işləri aparıldı və zənnimcə, nəhayət ki, prosesin sonuna çatmışıq. Beləliklə, Azərbaycanın bank sektoru heç vaxt olmadığı qədər sağlamdır. Mərkəzi Bankdan mənə verilən əlavə məlumata görə, hələ də müəyyən həll edilməli məsələlər var. Lakin əminəm ki, tezliklə Azərbaycanın bank sistemi regionun ən şəffaf və səmərəlilərindən biri olacaq”.

Martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə “Knauf” Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzerlə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.

Qafqazinfo-nun məlumatına görə, bu, “Knauf” rəsmisinin Prezidentdən xahişi ilə bağlı olub:

Uve Knotzer: Sizdən və nazirlikdən bir xahişim var. Bizim alçıpan ehtiyatlarımız qurtarıb. Azərbaycanda çoxlu alçıpan qəlibi var və bizə daha böyük həcm üçün dəstək lazımdır. Çünki biz yerli istehsalat üçün həcmi artırmaq istəyirik. Biz Azərbaycanda əlavə məhsullar istehsal etmək istəyirik və biz, həmçinin Gürcüstana ixrac etmək istəyirik və siyasət imkan versə Cənubi qonşulara ixrac etmək istəyirik. Mənim xahişim budur.

Prezident İlham Əliyev: Yeni alçıpan ehtiyatlarına çıxışda çətinliyiniz var? Siz bu məsələni yerli orqanlarla, İqtisadiyyat Nazirliyi ilə müzakirə etmisiniz?

Uve Knotzer: Hələ ki, birbaşa əlaqə yaratmamışıq, çünki biz tərəfdaşla işləyirik. Lakin oradakı material miqdarı ilə bağlı çətinliklərimiz var.

Prezident İlham Əliyev: Beləliklə, mövcud ehtiyat demək olar ki, bitib.

Uve Knotzer: Bəli və bizə daha çox lisenziyalar və mədən işləri aparmaq üçün yeni ərazi lazımdır ki, biz məhsuldar olmağa davam edək.

Prezident İlham Əliyev: Bəli, mən bunu tamamilə dəstəkləyirəm. Mənim layihə barədə məlumatım var. Sizin dediyiniz kimi, o, 2008-ci ildə Gəncə şəhərinin yaxınlığında, Goranboy rayonunun ərazisində icra olunmuşdur. Hesab edirəm ki, bu məsələnin həllini tapmaq mümkündür. Bəlkə iqtisadiyyat nazirinə əlavə məlumat verəsiniz və əlbəttə ki, biz həmişə xarici investorları dəstəkləyirik və sizin şirkətiniz onlardan biridir. Biz şaxələndirmə prosesinə başladıqda siz Azərbaycana sərmayə yatırmısınız. Beləliklə, siz Almaniyadan sərmayə yatıran şirkətlər arasında birincilərdən olmusunuz. Əlbəttə ki, biz sizinlə işbirliyinə davam etməkdə şad olardıq. Ehtiyatlarınızın bitməsi haqqında eşitməmişdim. Yəqin ki, çox gərgin çalışırsınız, bu yaxşı göstəricidir. Lakin mən iqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın və sizin üçün əlavə ehtiyatları tapsın ki, siz də öz növbənizdə fəaliyyətinizi davam edə biləsiniz. Bildiyimə görə siz 100 faiz yerli bazardan olan materialları təchiz edirsiniz. Xaricdən heç nə idxal olunmur. Əksinə, siz özünüz ixrac edirsiniz.

Uve Knotzer: Bəli, biz bir az Gürcüstana ixrac edirik. Biz gips dəyirmanını tikməklə istehsalımızı artırmaq istəyirik. Həmçinin tərəfdaş şirkətdə olan payımızı da artırmaq istəyirik.

Prezident İlham Əliyev: Bu məsələ ilə bağlı hər hansı bir köməyə ehtiyacınız olarsa, iqtisadiyyat naziri buradadır. Görüşdən sonra o, ehtiyatla bağlı problemin həll olunmasına necə yardımçı ola biləcəyimizi müəyyən etmək üçün hazır olacaq. Düşünürəm ki, bu, asandır. Sizin tərəfdaşınızla münasibətlərinizə biz müdaxilə edə bilmərik.

Uve Knotzer: Bu, başqa məsələdir.

Əvvəlki məqaləBu qaydaları pozanları yeni cərimələr gözləyir
Növbəti məqalədəDTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi