Bu qaydaları pozanları yeni cərimələr gözləyir

0
126
bineqedi-bina-tikinti1.png

Azərbaycanda qaydaları pozaraq mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulanlar 2 ilədək həbs ediləcək.

Bineqedi.com saytı xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulma) əlavə edilməsi təklif edilir.

Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxslərini mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulmaya görə 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə gözləyir.

Bundan əlavə həmin şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Azərbaycanda özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar sərtləşdirilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə ediləcək.

Azərbaycanda tikintidə pozuntuların aradan qaldırılmasına verilən müddət azaldılır.

Bununla bağlı “Şəhərsalma və Tikinti Məcəlləsinə” dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, bu müddət 2 ildən 1 ilə qədər azaldılır.

Belə ki, müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi söküləcək.

Hazırda Məcəllədə bu müddət 2 il nəzərdə tutulur.

Eyni zamanda tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən tikintiyə icazə alınması müddətinin də azaldılması təklif edilir. Belə ki, qüvvədə olan qanuna görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Dəyişikliyə əsasən isə bu müddətin 6 aya qədər azaldılması nəzərdə tutulur.Qafqazinfo

Əvvəlki məqaləAzərbaycanda çörək ucuzlaşdı – RƏSMİ AÇIQLAMA
Növbəti məqalədə“Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur” – Prezident