Binəqədi Rayon İcra Hakimiyyəti və “Baku Steel Company” QSC-nin təşkilatçılığı ilə Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində yerləşən şəhid və qazi ailələrinin yaşadıqları şəhərcikdə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, RİH başçısının Xocəsən qəsəbəsi üzrə numayəndəliyinin, Xocəsən bələdiyyəsinin əməkdaşları, “Baku Steel Company” QSC –nin direktor müavini Polad Hümbətov, “Baku Steel Construction” sədri Anar Əliyev və şirkətin əməkdaşları iştirak etdilər.
Bineqedi.com






