Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında görüş keçirilib – FOTOLAR

0
115
yap-bineqedi-rayon-teskilati.png
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyanın veteran üzvlərindən olan, Binəqədi qəsəbəsi, 3-cü mədən 119 ünvanlı ərazi partiya təşkilatının sədri Elman Paşayevin 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 65 illik yubileyini qeyd etdiyimiz Elman Paşayev haqqında xatirələrini bölüşərək bildirdi ki, o, ərazi partiya təşkilatının sədri kimi rayon təşkilatının fəaliyyətində, tədbirlərində, həmçinin rayonun ictimai-siyasi, mədəni həyatında hər zaman yüksək fəallıqla iştirak edib.
Elman Paşayev 1993-cü ildə Yeni Azərbaycan Partiyası sıralarına üzv qəbul edilib və partiyanın Binəqədi rayon təşkilatının formalaşmasında fəal iştirak edib.
O, həmçinin 40 ildən artıq neft sahəsində çalışaraq bu sahənin inkişafına da öz təhfələrini verib.
Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər, fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda çıxış edən ərazi partiya təşkilatının sədri Elman Paşayev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu söyləyib.
Görüşün sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edildi, görüş çay süfrəsi ətrafında davam etdirilib.
Bineqedi.com
Bir 3 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədidə “Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti” mövzusunda gənclərlə görüş keçirilib
Növbəti məqalədəBinəqədidə Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib – FOTOLAR