2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə “Hərəyə bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, aksiya çərçivəsində Binəqədi rayonu, “Dərnəgül” metro stansiyasının ətrafında yerli iqlimə uyğun 500 ədəd həmişəyaşıl ağac əkilib.
Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının əməkdaşları, TƏBİB aparatının məsul şəxsləri, tibb müəssisələrinin direktorları və tibb işçiləri iştirak edib.
Qeyd edək ki, aksiyanin keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Bineqedi.com














