Binəqədidə 31 evdən 36000 manatdan çox oğurluq edilib

0
144
bineqedi

Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36 000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – Gəncə şəhər sakini N. Əliyev və Bakı şəhər sakini M. Talıbov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə baş verən yol qəzası ilə bağlı İDDİA – FOTOLAR
Növbəti məqalədəVüsar İsmayılov: “31 Mart Azərbaycanlıların Soyqırımı Günü heç bir zaman unudulmayacaq”