Bakının Binəqədi rayonunda qəza baş verib.
Hadisə Mir Cəlal Paşayev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş verib.
Belə ki, Bayramov Tural “Toyota” markalı maşınla hərəkətdə olarkən kəsişmədə idarəetməni itirərək avtomobilini əvvəlcə “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpıb.
Daha sonra taksi fəaliyyəti ilə məşğul olan sürücü maşınını “Toyota Land Cruiser”ə çırpıb.
Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.
Bineqedi.com saytı xəbər verir ki, sürücü T. Bayramov APA-ya bildirib ki, o sükan arxasında olarkən maşında olan üç sərnişin onu döyüb. Sürücü iddia edib ki, sahibkar ondan min manat istəyib. Elə mübahisə də burdan başlayıb.
Turalın iddiasına görə, qəza o döyülərkən baş verib.
Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Qəzanın dəqiq səbəbləri araşdırılır.

















