Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal, 76 ünvanında yerləşən “Aysel” firmasına məxsus “Sonalar Sonası” şadlıq sarayının liftində plan üzrə yoxlama aparılıb.
Bineqedi.com saytı xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Aysel” firması qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən firmanın rəhbərliyinə izah olunub.
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya...
Binəqədi Rayon İcra Hakimiyyətində və Bakı Humanitar Kollecində 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirilib.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən...
İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, I ixtisas qrupu üzrə ən yüksək...
Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası...
Məmmədli Sevinc Rəşad qızı 13 iyul 2004-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub.
Bineqedi.info saytı Binəqədi rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir...