Prezident Arzu Rəhimovu işdən çıxardı – Yeni təyinat

0
101

Prezident İlham Əliyev general-polkovnik Arzu Rəhimovla bağlı Sərəncam imzalayıb.

Bineqedi.com saytı xəbər verir ki, Sərəncamla Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

prezident-arzu-rehimovu-isden-cixardi

Qeyd edək ki, 59 yaşlı A.Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edirdi.

Dövlət başçısının digər Sərəncamı ilə bu vəzifəyə Mürsəl Qorxmaz oğlu İbrahimov təyin olunub.

Xatırladaq ki, dövlət başçısının daha əvvəlki Sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

yeni-reis-kimdir

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə  çalışıb. Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə məşhur restoranın liftinin fəaliyyəti dayandırıldı – VİDEO
Növbəti məqalədəElxan Allahverdiyevin Binəqədi qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR