Paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.com saytı xəbər verir ki, DİN-in Baş DYP İdarəsindən “Report”a verilən məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb.
Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:
Bineqedi.com