Binəqədidə bu binaların həyətində ağacəkmə aksiyası keçirildi – FOTOLAR

0
152
bineqedi-agac-ekme-aksiyasi-mikrorayon.png
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq rayonun 7-ci mikrorayon A. Kunanbayev 16 saylı və 8-ci mikrorayon Ş. Məmmədova küçəsi 7 saylı binaların həyətində ağacəkmə aksiyası keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, aksiya çərçivəsində parkda yerli iqlimə uyğun 100 ədəd Eldar şamı əkilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, Binəqədi bələdiyyəsinin və rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi iştirak edib.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Bineqedi.com
bineqedi-agac-ekme-aksiyasi-mikrorayon1.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon2.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon3.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon4.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon5.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon7.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon8.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon6.png
Əvvəlki məqaləBinəqədidə ağır yol qəzası olub
Növbəti məqalədəBinəqədidə mini-futbol, şahmat və turnikdə dartınma turniri keçirilib – FOTOLAR