Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Mircəlal küçəsi 43 ünvanında yerləşən Abad məhəllədə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş mini-futbol, şahmat və turnikdə dartınma turniri keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, yarışlarda mini-futbol üzrə I yeri “Dəmir Yumruq” komandası, II yeri “Qələbə” komandası, III yeri “Qarabağ” komandası tutub. Şahmat üzrə I yeri Maxsudsoy Camaləddin, II yeri Hacızadə Emin, III yeri Yusubov Sənan, turnikdə dartınma üzrə I yeri Əmrəli Nihad, II yeri Məmmədov Anar, III yeri Mikayılzadə Nicat tutublar.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif ediliblər.
Bineqedi.com









