Binəqədidə “Bir əsrin dahisi” adlı konsert proqramı təşkil edilib – Fotolar

0
112

Binəqədi Rayon İcra Hakimiyyətinin SPACE müstəqil teleradio şirkəti ilə birgə təşkil etdiyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bir əsrin dahisi” adlı möhtəşəm konsert proqramı təşkil olunub.

Bineqedi.com saytı xəbər verir ki, konsert proqramında Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, SPACE müstəqil teleradio şirkətinin rəhbəri Vado Korovin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın struktur bölmələrinin rəhbərləri və əməkdaşları, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, SPACE müstəqil teleradio şirkətinin məsul əməkdaşları, rayon sakinləri və qonaqlar iştirak edirdilər.

Konsert proqramında xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti, keçdiyi həyat yolu, xalqını azadlığa apardığı yolda üzləşdiyi çətinliklər haqqında məlumat verildi, əziz xatirəsi minnətdarlıqla anıldı. Tanınmış incəsənət nümayəndələrinin, müğənnilərin və rəqs qruplarının ifasında biri-birindən gözəl musiqi nömrələri tədbir iştirakçılarına yüksək əhval-ruhiyyə bəxş edib.

Konsert proqramı atəşfəşanlıqla sona çatıb.






Əvvəlki məqaləBinəqədidə atasını öldürən şəxs TUTULDU
Növbəti məqalədəPaşinyan: “Rusiya Ukraynada müharibəni uduzsa, Ermənistanın başına nələr gələcəyini təsəvvür edə bilmirəm”