Binəqədidə atasını öldürən şəxs TUTULDU

0
108
bineqedi-polis-qadaga-karantin

Bakıda kişinin qətlinə görə oğlu şübhəli şəxs qismində saxlanılıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Əvvəlki məqaləBinəqədidə “Şən startlar” əyləncəli idman oyunu keçirilib – Foto
Növbəti məqalədəBinəqədidə “Bir əsrin dahisi” adlı konsert proqramı təşkil edilib – Fotolar