Binəqədidə “Şən startlar” əyləncəli idman oyunu keçirilib – Foto

0
118
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Şən startlar” əyləncəli idman oyunu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 143 №-li tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Şən startlar” əyləncəli idman oyunu keçirilmişdir.
Oyunun nəticəsinə əsasən 1-ci yeri “Şir” komandası , 2-ci yeri “Qartal” komandası, 3-cü yeri “Zirvə” komandası tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və 143 №-li tam orta məktəbin direktoru Rübabə Abdullayeva iştirak etmişdir.
Əvvəlki məqaləBirinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
Növbəti məqalədəBinəqədidə atasını öldürən şəxs TUTULDU