Prezident: “Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib”

0
101
prezident-ilham-eliyev

“Qırx dörd günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib”.

Bineqedi.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən bildirib.

Dövlətimizin başçısı son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd edib.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, qarşıdakı dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlər olacaq.

“Azərbaycan özünün təqdim etdiyi beş prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir”.

Dövlətimizin başçısı Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsünün məhz Azərbaycan tərəfindən irəli sürüldüyünü bildirib.

Əvvəlki məqaləBinəqədidə “Prius” mopedlə toqquşdu, ölən var
Növbəti məqalədəBinəqədi rayonunda son 9 ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb – VİDEO