Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Bineqedi.com saytı Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu 8-ci mikrorayon adlanan ərazidə C. Xəndan küçəsində qeydə alınıb. Şıxıcanov Kamil Hüseynağa oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Məmmədzaadə Elnur İlqar oğlunun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən mopedin sərnişini 20 yaşlı Cavid İsgəndərli orada ölüb.
Bakıda intihar baş verib.
Hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 54 yaşlı Namiq Comərd oğlu Abbasov yaşadığı evin dəhlizindəki turnikdən özünü asıb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.