Binəqədidə evdən 7 min manatlıq qızıl oğurlanıb

0
121
besinci-polis-bolmesi

İyunun 8-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.com-a verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibəsinin oğlu Ü.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləElxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəAkif Çovdarov əsgər rütbəsinə endirilib – General pensiyası ala bilmədi