Binəqədidə şəhidlərin xatirəsi yad edilib – FOTOLAR

0
121
bineqedi-sehid-anim-xatire.png

Binəqədidə şəhid Şərifov Turan Vidadi oğlunun xatirəsi yad edilib.

Bineqedi.com saytına verilən məlumata görə, doğum günü münasibətilə şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, BRİH Başçısının Binəqədi sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov və Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov şəhidin xatirəsini ehtiramla yad ediblər. Şəhidin məzarı üstünə gül dəstələri düzüblər.Bir 6 nəfər şəkili ola bilər

Doğum günü münasibətilə şəhid Bağırov Elçin Yunis oğlunun da xatirəsi yad edilib.

Bununla əlaqədar şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov və Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov şəhidin xatirəsini ehtiramla yad etdilər, məzarı üstünə gül dəstələri düzdülər.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Bineqedi.com

May be an image of 8 people

Əvvəlki məqaləGedişhaqqını belə ödəyə biləcəksiniz – GÖRÜNTÜLÜ İZAH – VİDEO
Növbəti məqalədəDTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi – VİDEO