Gedişhaqqını belə ödəyə biləcəksiniz – GÖRÜNTÜLÜ İZAH – VİDEO

0
115
avtobus

Avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq təqdim edilib.

Bineqedi.com saytı xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin hazırladığı mobil tətbiq vasitəsilə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, “BakıKart”ın balansını artıra və gedişhaqqını ödəyə bilərləcəklər.

Hazırda beta versiyasında olan tətbiq 1 iyul tarixindən tam şəkildə istifadəyə veriləcək.

Agentliyin İdarə heyətinin sədri Anar Rzayevin sözlərinə görə, tətbiq vasitəsilə istifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə biləcəklər.

Yeni avtobus zolaqlarının yaradılması ilə bağlı Anar Rzayev bildirdi ki, hazırda bununla bağlı layihə hazırlanır.

Bineqedi.com

Əvvəlki məqaləQurban bayramında heyvanların satışı və kəsimi yerləri – Cədvəl
Növbəti məqalədəBinəqədidə şəhidlərin xatirəsi yad edilib – FOTOLAR