Çimərliklərə bu avtobuslarla getmək olacaq – SİYAHI

0
130
cimerlik

Yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri iyunun 15-dən çimərlik ərazilərinə təşkil edilib.

Bu barədə Bineqedi.com saytına Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, dəyişiklik aşağıdakı çimərlikləri əhatə edir:

– 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;

– 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;

– 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək;

– 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;

– 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil edilib.

Bineqedi.com

Əvvəlki məqaləDTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi – VİDEO
Növbəti məqalədə“Səhiyyə Nazirliyi bizə açıqlama verməlidir” – Qənirə Paşayeva