Prezident Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinini təltif etdi

0
184
sevinc-suleymanova-bineqedi-icra-hakimiyyeti.png
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
“Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib.

Bineqedi.com saytı xəbər verir ki, dünən Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər arasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Məhəmməd qızı Süleymanova da var. Sevinc Süleymanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bineqedi.com saytı xatırladır ki, Sevinc Məhəmməd qızı Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olub. 1982-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu H.Cəbrayılov adına 99 № li tam orta məktəbdə təhsil alıb. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R. İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllimi kimi başlayıb, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam edib. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2020-ci il tarixli 104 saylı Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviridir.
Ailəlidir, üç övladı var.
Biz də öz növbəmizdə təltif edilməsi münasibətilə Sevinc xanımı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
Bineqedi.com 
Əvvəlki məqaləPrezident İlham Əliyev ölkə qarşısında dayanan prioritet məsələləri açıqlayıb
Növbəti məqalədəBakıda ağacların kəsilməsi ilə bağlı cinayət işi açıldı