Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi – Fotolar

0
101

Bakının Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bineqedi.com xəbər verir ki, qəza Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Lexus” markalı avtomobili idarə edən xanım sürücü sükana nəzarəti itirib. Minik maşını eyni istiqamətdə hərəkətdə olan Malik Ağayevin idarə etdiyi QAZ-53 markalı yük avtomobilinə çırpılıb. Zərbənin gücündən minik maşını deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. Yolda sıxlıq yaranıb. Nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənib. Yük maşının sürücüsü bildirib ki, idarə etdiyi nəqliyyat vasitəsində üçüncü yol zolağında maksimum sürət həddi ilə hərəkət edib. Minik avtomobili yüksək sürətlə hərəkətdə olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Əvvəlki məqaləBir ildir ki, bazarda aldadılan vətəndaş evsiz qalıb – FOTO
Növbəti məqalədəBinəqədidə qadının ölməsi ilə bağlı cinayət işi açıldı