Binəqədi Bələdiyyəsinin fəaliyyəti sakinlərin ürəyincədir

0
74
bineqedi-agac-ekme-aksiyasi-mikrorayon6.png

Son illər həyata keçirilən tədbirlər nəticəsində Binəqədi rayonu abadlaşır, inkişaf edir.
Rayon ərazisində tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alır, yeni-yeni sosial obyektlər, iş yerləri açılır. Rayonda bu tədbirlərin həyata keçirilməsində Binəqədi Bələdiyyəsinin də xüsusi rolu var.
Mürsəl Eminovun sədrliyi altında Binəqədi Bələdiyyəsi tərəfindən vətəndaşların üzləşdikləri məsələlərin qısa müddətdə həlli üçün mühüm işlər görülür.
Belə ki, Bələdiyyənin daxili imkanları hesabına binaların qarşısında, küçələrdə abadlaşdırma işləri həyata keçirilir.
Bundan başqa, yaşıllıqların qorunması, səliqə-sahman yaradılması istiqamətində də Binəqədi Bələdiyyəsi tərəfindən mühüm addımlar atılıb.
Binəqədi Bələdiyyəsi tərəfindən aid olduğu ərazilər üzrə təmizlik işləri də uğurla həyata keçirilir, çoxmənzilli yaşayış binalarının bloklarında, istirahət yerlərində təmir işləri görülür.
Binaların həyətlərinin asfaltlanması da Binəqədi Bələdiyyəsinin gördüyü əsas işlərdəndir. Təbii ki, bütün bu işlər bələdiyyənin daxili imkanları hesabına tədricən həyata keçirilir.
Binəqədi Bələdiyyəsi tərəfindən şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə xüsusi diqqət, qayğı göstərilir. Həyata keçirilən tədbirlərə əsaslanaraq demək olar ki, Binəqədi Bələdiyyəsi bu kateqoriyadan olan insanlar üçün əlindən gələni edir.
Bundan başqa, Bələdiyyənin daxili imkanları hesabına imkansız ailələrə də bayramlarda, əlamətdar günlərdə yardımlar göstərilir.
Binəqədi Bələdiyyəsi dövlət orqanları ilə qarşılıqlı münasibətləri də uğurla tənzimləyir.
Belə ki, bələdiyyə öz işini Rayon İcra Hakimiyyəti başçısının abadlıq və yenidənqurma istiqamətində müəyyən etdiyi strateji inkişaf planına uyğun qurur.
Belə ki, müxtəlif layihələr çərçivəsində idman meydançalarında təmir işləri görülür, binaların qarşısında söhbətgah, oturacaq, uşaqlar üçün oyun-əyləncə qurğuları, böyüklər üçün idman qurğuları quraşdırılır.
Müxtəlif məhəllələrdə də abadlıq işləri görülüb, yollara asfalt beton örtüyü çəkilib, səki daşları düzülüb, ağaclar əkilib, xeyir-şər mağarları, meydançaların kənarları abadlaşdırılıb. Binəqədi Bələdiyyəsi rayonun ictimai-mədəni həyatında da mühüm iştirak edir. Bələdiyyə tərəfindən keçirilən tədbirlər, şəhid ailələrinin, qazilərin ziyarəti, həyata keçirilən turnirlər bütün bunları sübut edir.
Binəqədi Bələdiyyəsi digər bələdiyyələrlə də əməkdaşlıq edir.
Bəli, Binəqədi Bələdiyyəsi tərəfindən görülən işlər sakinlərin ürəyincədir. Bələdiyyənin sədri Mürsəl Eminovun rəhbərliyi altında yenidənqurma işlərinin bundan sonra da uğurla davam edəcəyinə inanırıq.
Hikmət Həsənov, Bineqedi.com saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

bineqedi-agac-ekme-aksiyasi-mikrorayon8.png

bineqedi-agac-ekme-aksiyasi-mikrorayon4.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon1.pngbineqedi-agac-ekme-aksiyasi-mikrorayon.png

Əvvəlki məqaləMəktəb ləvazimatları neçəyədir? – Qiymətlər
Növbəti məqalədəPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər