Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb.
Bəs hazırda mağazalarda qiymətlər necədir?
Trend-in əməkdaşı paytaxtda yerləşən məktəb ləvazimatları satan mağazalara baş çəkərək qiymətlərlə tanış olub. Qiymətlər ötən illə nisbətdə müxtəlif ləvazimatların qiymətlərində 10 qəpikdən 3 manata qədər bahalaşıb. Satıcılar bildiriblər ki, bahalaşma daşınma qiymətlərinin bahalaşmasıyla əlaqədardır. Valideynlər daha çox sentyabrın 1-dən sonra məktəb ləvazimatlarını almağa üstünlük verirlər. Ancaq indidən almağı məsləhət görülür. Çünki tədris ilinin başlamasına bir həftə qalmış həm sıxlıq olur həm də ləvazimatlara cüzi də olsa bahalaşa bilər.
Beləliklə əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:
Çanta: 18-55 manat
Dəftər: 40 qəpik – 2,50 manat
Sadə karandaşlar: 10 qəpik -1,80 manat
Rəsm albomları: 1-5 manat
Dəftər-kitab üzlükləri: 20-50 qəpik
Sadə qələmlər: 20- qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 2-8 manat
Pozan: 30-50 qəpik
Qələmyonan: 15 qəpik – 1 manat 20 qəpik
Xətkeş: 30 qəpik -2,50 manat
Plastilin: 1- 4,50 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1 – 3,6 manat