Binəqədinin bu ərazilərində qaz olmayacaq

0
86
qaz-kesilecek-xeberdarliq-mavi-yanacaq

Payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A.Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar 01.09.2023-cü il tarixdə saat 10:00-da qaz təchizatı dayandırılacaq. 

Bineqedi.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Əvvəlki məqaləLivandakı Səfirliyimizə hücum oldu – Rəsmi
Növbəti məqalədəAzərbaycan XİN Nikol Paşinyana cavab verib