Binəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib – Foto

0
136
Binəqədi rayon ərazisində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində iməclik həyata keçirilmişdir.
Bineqedi.com saytı xəbər verir ki, keçirilən iməclik zamanı məişət tullantıları konteynerləri, istirahət parklarında və məhəllələrdə yerləşdirilmiş atraksionlar yuyulmuş, ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənərək abadlıq-təmizlik işləri aparılmış, ətraf mühitə təhlükə törədən ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri görülmüş, eləcə də mağazalar qarşısında piyada gedişə-gəlişinə maneə yaradan satış üçün nəzərdə tutulmuş avadanlıqlar mağaza sahiblərinə xəbərdarlıq edilərək yığışdırılmışdır.
Abadlıq- təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılmışdır. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır, parklara gül kolları əkilmişdir. Bundan əlavə iməcilik zamanı ağacların dibi, yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanaraq gövdəsi ağardılmış, əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilmişdir.
Bununla yanaşı dezinfeksiya işləri aparılmışdır.
Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Bineqedi.com
Əvvəlki məqaləBiləcəridə yol bərbad vəziyyətdədir – VİDEO
Növbəti məqalədəSilahlı Qüvvələrlə bağlı videolar məsuliyyət yaradır – DTX-dən xəbərdarlıq