Ağdamda Qarabağ Universiteti tikiləcək

0
1347
emin-emrullayev-tehsil-naziri

Qarabağ Universitetinin modeli hazırlanır.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.

Nazirin sözlərinə görə, bu universitet yəqin ki, Ağdamda tikiləcək:

“Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik”.

E.Əmrullayev, həmçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir:

“Ənənəvi olaraq tibb sadəcə bir ali təhsil müəssisəsində verilir. Hesab edirəm ki, bu sahədə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən də texnologiya sahəsində bu mübadilə daha məqsədəuyğun olardı”.

Nazir əlavə edib ki, tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var və nazirlik bu istiqamətdə təkliflərə açıqdır.

Bineqedi.com

Əvvəlki məqaləTəyyar Eyvazov: “Ölkədə epidemioloji durum stabildir”
Növbəti məqalədəBinəqədidə “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda qadınların konfransı keçirilib – Foto