Təyyar Eyvazov: “Ölkədə epidemioloji durum stabildir”

0
1056

“Azərbaycanda epidemioloji durum stabil olaraq qalır, hər il olduğu kimi fon səviyyəni aşmır”.

Bineqedi.com xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, statistik göstəricilər onu deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir: “Son vaxtlar yoluxma sayında artımlar olsa da bu hallar kütləvi deyil”.

T.Eyvazov bildirib ki, istər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir: “Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər. Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsi ilə də qorunmaları tövsiyə olunur”.

“Azərbaycanda yayılan virusun əlamətləri koronavirusun klinik çalarları ilə eynidir”.

Onun sözlərinə görə, payız və qış aylarında havaların soyuması baş verən zaman kəskin respirator virus infeksiyaları daha çox yayılır: “İstər böyüklər, istərsə də uşaqlar arasında çoxsaylı xəstələnmə halları törədir. Bu viruslar müxtəlifdir, hər mövsümdə bəziləri yenilənir. Onların törətdikləri xəstəliklərin əlamətləri oxşardır. Bu, koronavirusun klinik çalarları ilə eynidir. Ona görə hər bir şəxs özündə bu cür əlamətlər olduqda müraciət edərək özündə məhz koronavirus infeksiyasının olub-olmamasıını müəyyən edə bilər, yəni laborator üsullarla yalnız bu suala cavab verilə bilər.

Onu da qeyd edək ki, qrip və koronavirusdan savayı adıçəkilən respirator viruslar yüngül keçir, çox az hallarda, əsasən risk qruplarına daxil olan insanlarda müəyyən fəsadlar verə bilir. Ona görə də bu cür mövsümi virus infeksiyaları xüsusi hallar olmadıqda heç bir ölkədə rutin identifikasiya olunmur”.

Əvvəlki məqaləBinəqədi rayonunda avtomobil 3 yaşlı körpəni vuraraq ağır xəsarət yetirib
Növbəti məqalədəAğdamda Qarabağ Universiteti tikiləcək