Binəqədidə əri tərəfindən qətlə yetirilən Zülfiyyənin – Fotosu

0
2039

Ötən gün Bakının Binəqədi rayonunda baş verən qətlin detalları məlum olub.

Bineqedi.com saytı xəzər xəbər-ə istinadən xəbər verir ki, ağır cinayət səhərə yaxın paytaxtın Binəqədi rayonu “Motodrom” adlanan ərazidə yerləşən fərdi evdə baş verib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qadının ər-arvad münasibətində olduğu 42 yaşlı Qədir Qasımov saxlanılıb. O, istintaqa ilkin ifadəsində qadını yatdığı yerdə bıçaqlayaraq qətlə yetirdiyini bildirib.

Zülfiyyə Xamoyevanın anasının sözlərinə görə, qızı bir müddətdir iki uşağı ilə onun yanında qalırmış.

Mərhumun bacısı Sima Cavadova isə bildirib ki, Zülfiyyə Xamoyeva onunla birlikdə Nərimanov rayonunda yerləşən iaşə obyektində qabyuyan işləyib. İddia edilir ki, Qədir Qasımov hadisəni qısqanclıq zəminində öldürüb.

Faktla bağlı cinayət işi başlanıb.

Əvvəlki məqaləBinəqədidə “Narkotiksiz gələcək naminə!” maarifləndirici tədbir keçirilib – Foto
Növbəti məqalədəAzərbaycan lideri: “Azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il ən azı 2,4 milyard ABŞ dolları ayrılacaq”