Binəqədidə döyülən 11 yaşlı yeniyetmənin qabırğaları sınıb

0
1904
tecili yardim

Bakının Binəqədi rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən döyülmə hadisəsi baş verib.

Bineqedi.com saytı report-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Həsənli Ülfət Rahil oğlu döyülüb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı, bədənin çoxsaylı hematoması və sıyrılmış yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bundan başqa, noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən və qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvana gəliblər və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.

Onun Qubadlı rayon sakini T.Ələsgərov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləNazir: “Yaşa görə orta aylıq pensiyanın məbləği 500 manatı keçəcək”
Növbəti məqalədəElxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO