8 saylı Binəqədi birinci seçki dairəsindən millət vəkili Azay Quliyevin fəaliyyəti təkcə seçicilərinin yox, zənnimizcə, dövlətini, millətini, xalqını sevən hər kəsin ürəyincədir.
Bu sətirlərin müəllifi də Azay Quliyevin millət vəkili seçildiyi rayonun sakinlərindən biridir.
Həm bir vətəndaş, həm də bir jurnalist olaraq dəfələrlə millət vəkili Azay Quliyevin qəbullarında iştirak etmiş, prosesin iştirakçısı olmuşam.
Gördüklərimə, qeydlərimə əsasən tam əminliklə deyə bilərəm ki, seçicilər tərəfindən qaldırılan elə bir məsələ ola bilməz ki, millət vəkili Azay Quliyev buna biganə qalsın. Hər bir seçicisi onun üçün əzizdir, dəyərlidir.
Qəbula gələn vətəndaş tərəfindən qaldırılan məsələ onun səlahiyyətinə aiddirsə, mütləq tədbir görülür, müvafiq addım atılır, əgər onun səlahiyyətinə aid mövzu deyilsə, onda aidiyyəti qurumlara yönləndiriləcək və həlli üçün addımlar atılması ilə əlaqədar müraciət ediləcək.
Millət vəkili Azay Quliyevin təmsilçisi olduğu ərazi üzrə keçirdiyi səyyar qəbullar da ənənəvi xarakterlidir. Belə deyək, o, bəzən seçicisinin qəbula gəlməsini gözləmir, özü birbaşa seçicilərinin yaşadıqları ünvanlara gedir.
Binaların qarşısında seçiciləri ilə görüşür, onları narahat edən məsələləri dinləyir və qaldırılan məsələlərin həlli üçün tədbirlər görülür.
Millət vəkilimiz Azay Quliyevin fəaliyyəti çoxşaxəlidir.
Hər bir sahə üzrə üzərinə düşəni layiqincə yerinə yetirir Azay müəllim.
Parlament seçkilərində layiqli namizədlərdən biri olan Azay müəllimin təbliğat və təşviqat prosesində aktiv iştirak edən şəxslərdən biri olmuşam. Çünki onun həyat və fəaliyyətinə yaxından bələdəm.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq Azay müəllimin həyat və fəaliyyəti ilə bağlı bəzi zəruri məlumatları bu yazımda onların diqqətinə çatdırmağı vacib hesab edirəm.
Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Аzərbаycаnın Zəngəzur mahalının, Qarakilsə rayonunun Vağudi kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1992-1998-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-də Harvard, “Kennedy School”da, “QHT Liderləri üçün Strateji İdarəetmə” proqramında təhsil alıb.
2007-2013-cü illərdə Bakı Dövlət Universitetinin doktoranturasını bitirib, 2013-cü ildə “Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə” mövzusunda dissertasiya işi müdafiə edib.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Azay Quliyev 1993-1998-ci illərdə “Elitar” Gənclər Klubunun və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti, 2012-ci ildən Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədridir.
Azay Quliyev 1999-cu ildən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvü, 2001-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasnın üzvü, 2001-2003-cü illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı katibliyinin eksperti, 2005-ci ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, 2008-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, 2013-cü ildən Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının üzvü, 2021-ci ildən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədridir.
Azay Quliyev Azərbaycan Respublikası Milli Məclisinin III, IV,V və VI çağırış deputatıdır.
2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
2015-ci və 2020-ci ildə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
2005-ci ildən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin, 2021-ci ildən İctimai Təşkilatlar və Dini Qurumlar Komitəsinin, Azərbaycan-Türkiyə, Azərbaycan-Çexiya, Azərbaycan-Estoniya, Azərbaycan-Avstriya, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-İsveçrə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Serbiya, Azərbaycan-Almaniya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İspaniya və Azərbaycan-İtaliya Parlamentlərarası İşçi qruplarının üzvü, Azərbaycan-Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəridir.
Azay Quliyev 2005-ci ildən ATƏT Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin üzvüdür.
2005-2013-cü illərdə Böyük Britaniya, Ukrayna, Serbiya, Rumıniya, Rusiya, Belarus və Gürcüstanda keçirilən seçkilərdə ATƏT Parlament Assambleyasınınseçki müşahidə missiyalarının üzvü olub.
2013-2016-cı illərdə ATƏT Parlament AssambleyasınınSiyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin Sədr müavini, 2016-2022-ci illərdə ATƏT Parlament Assambleyasının Vitse-Prezidenti, 2016-cı ildə Monteneqroda və həmin ildə Şimali Makedoniyada keçirilən parlament seçkilərində ATƏT Parlament Assambleyasının Seçki Müşahidə Missiyasının rəhbəri, 2017-ci ildə Qırğızıstan Respublikasında keçirilən prezident seçkilərində, 2021-ci ildə Albaniyada keçirilən prezident seçkilərində ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri olub.
2017-ci ildən ATƏT Parlament Assambleyasının “İpək Yolu Qrupu”nun sədridir.
2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasında Nümayəndə Heyətinin rəhbəridir.
2021-2022-ci illərdə ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi olub.
2022-ci ildən ATƏT Parlament Assambleyasının PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin Sədridir.
Azay Quliyev ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Azay Quliyev 2011-2014-cü illərdə Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil və Vətəndaş Cəmiyyəti Komitəsinin sədr müavini olub,
2019-cu ildən Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının Koordinatorudur.
Azay Quliyevin təqdim etdiyi 2 qanun Milli Məclisdə qəbul edilib:
2009 – “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu
2013 – “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
Azay Quliyevin təqdim etdiyi 4 Qətnamə ATƏT-in Parlament Assambleyasında qəbul olunub:
2013 – “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi”
2014 – “ATƏT Regionunda Mədəni Mülkiyyətin Qorunması”
2015 – “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq”
2018 – “Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması”.
Azay Quliyevin ABŞ, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və digər Avropa ölkələrinin nüfuzlu elmi jurnallarında vətəndaş cəmiyyətinin qarşısında dayanan aktual problemlərin təhlilinə həsr edilən 30-dan artıq elmi məqaləsi dərc olunub.
Ailəlidir, üç övladı var.
Azay Quliyev bir sıra sosial layihələrdə də yaxından iştirak edir. Yaxşı xatirimdədir ki, hələ pandemiya dövründə onun təşəbbüsü ilə bir neçə dəfə yaşlı və aztəminatlı seçicilərə yardım edilib.
Belə ki, onun təşəbbüsü ilə seçiciləri arasında yaşı 65-dən yuxarı, imkansız və xüsusi qayğıya ehtiyacı olan 200 ailəyə ərzaq yardımı, 2000 nəfərə isə koronavirusdan qorunmaq üçün zəruri tibbi ləvazimatlar verilib.
Azay Quliyev hər zaman ona etimad göstərərək millət vəkili seçən seçicilərinin yüksәk etimadına layiq olmağa çalışır, onları Milli Mәclisdә mәsuliyyәt hissi vә lәyaqәtlә tәmsil edir. Hәr ay keçirdiyi görüşlәrdә dinlәdiyi vә aldığı seçici şikayәtlәrinin hәlli üçün var qüvvәsini sәrf edir, әn vacibi isә heç birinin müraciәtinә vә probleminә laqeyd qalmır. Ona ünvanlanan fәrdi vә kollektiv müraciәtlәrdә qeyd olunan mәsәlәlәrin hәlli üçün yerli vә mәrkәzi icra hakimiyyәti orqanları, ictimai tәşkilatlar, özәl sektorun nümayәndәlәri ilә birgә çalışaraq onların çoxunun hәllinә nail olur. Mәhәllәlәrdә abadlaşdırma işlәrinin hәyata keçirilmәsinә, yeni parkların salınmasına, elәcә dә bәzi hәyәtyanı әrazilәrdә seçicilərin istirahәtini pozan tikinti işlәrinin qarşısının alınması ilә bağlı müraciәtlәri Rayon İcra Hakimiyyәti ilә müzakirә edәrәk onların hәllinә kömәklik göstәrir. Binәqәdi gәnclәrinin sağlam, milli-mәnәvi dәyәrlәrә hörmәt vә sayğı ilә, vәtәnpәrvәr ruhda böyümәsi, onların tәhsil vә sosial problemlәrinin hәlli üçün müxtәlif tәşәbbüs vә layihәlәri dәstәklәyir.
Qeyd etdiyimiz kimi, onun deputatlıq fәaliyyәti tәkcә Azәrbaycanla mәhdudlaşmır. 2016-cı ildәn ATƏT Parlament Assambleyasının vitse-prezidenti kimi mәsul vәzifәyә seçilәrәk bizi hәm dә beynәlxalq arenada tәmsil edir. Tutduğu bu yüksәk mövqedәn istifadә edәrәk ölkәmizi ATƏT PA-da lәyaqәtlә tәmsil edir, milli maraqlarımıza cavab verәn, Ermәnistanın tәcavüzkar mahiyyәtini ifşa edәn, Azәrbaycanın әrazi bütövlüyünә vә suverenliyinә dәstәyi özündә әks etdirәn qәtnamәlərin hazırlanmasına vә qәbul edilmәsinә nail olub.
Sonda onu da qeyd edək ki, millət vəkili Azay Quliyevlə maneәsiz, operativ vә şәffaf әlaqә formasının daha da tәkmillәşdirilmәsi, problemlәrlә bağlı mәlumatı qısa müddәtdә vә asanlıqla ona çatdıraraq onların effektiv hәlli, hәmçinin qanunvericilik dә daxil olmaqla istәnilәn mәsәlә ilә bağlı rәy vә tәkliflәrin müzakirə olunması mәqsәdilә “Seçicinin elektron kabineti”ni istifadәyә verilib. “Deputat-seçici” münasibәtlәrindә interaktivliyin yeni mexanizmi olan “Seçicinin elektron kabineti” xidmәti Azәrbaycanda ilk dәfә millət vəkilimiz Azay Quliyev tərəfindən tətbiq edilib.
Sonda onu da qeyd edək ki, Bineqedi.com saytı olaraq biz də dəyərli millət vəkilimiz Azay Quliyevin fəaliyyətini mütəmadi olaraq izləyir, gördüyü işlər, səyyar qəbullar, beynəlxalq kürsülərdə etdiyi çıxışlar, Milli Məclisdə gündəmə gətirdiyi mövzularla bağlı davamlı olaraq oxucularımıza məlumatlar veririk.
Bu məlumatlar Bineqedi.com saytının izləyicilərinin də böyük marağına səbəb olur.
Ənənəmizə bundan sonra da sadiq qalacağıq.
Canınız sağ, işiniz avand olsun, Azay müəllim…
Hikmət Həsənov, Bineqedi.com saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası