Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
2089
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi Rayon Təşkilatınn sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Məmmədov küçəsi 143 ünvanında binanın girişlərin dezinfeksiya olunması, A.Məmmədov küçəsi 137 ünvanında binada istilik təchizatının yaxşılaşdırılması, Ü.Hacıbəyov küçəsi 4/b ünvanında zirzəminin su ilə dolması, Ə.Əlixanov küçəsi 89 ünvanında gəmiricilərə qarşı tədbir görülməsi və həmin ünvanda ağaclara aqrotexniki qulluq göstərilməsi, 26 saylı marşrut xəttində işləyən avtobusların yenisi ilə əvəz olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 5 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə “Prius”un vurduğu qadın öldü
Növbəti məqalədəBakıda şagirdin məktəbdə xəsarət alması ilə bağlı – RƏSMİ AÇIQLAMA