Binəqədidə “Prius”un vurduğu qadın öldü

0
1854
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakıda avtomobilin vurduğu piyada ölüb.

Bineqedi.com saytı lent.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 21-də Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində baş verib. Zeynalov Firdovsi Novruz oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Əsgərova Əzizə Qalib qızını vurub. Yaralı aldığı xəsarətlərdən noyabrın 24-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, noyabrın 10-da Biləcəri qəsəbəsində bir evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Tovuz rayon sakini olan yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqaləQəzaya uğrayan təcili yardım maşını aşdı – Video
Növbəti məqalədəElxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO