Binəqədidə qardaşını bıçaqlayan şəxs saxlanılıb

0
1978
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Dekabrın 7-si saat 1 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Vasif Fətəliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bayram Fətəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Bakıda Əşrəf Dadaş oğlu Hacağayevin yaşadığı Binəqədi rayonundakı mənzilində dəm qazından zəhərlənərək ölüb.

6 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Binəqədi RPİ-nin 6-cı PB-dən rayon prokurorluğuna 18.03.1963-cü il təvəllüdlü Əşrəf Dadaş oğlu Hacağayevin yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından boğularaq ölməsi barədə məlumat daxil olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqaləPrezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik”
Növbəti məqalədəBakıda zəlzələ oldu