Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb

0
2032

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, artıq paytaxtda bir çox xəstəxanada onlayn növbə sistemi fəaliyyətə başlayıb: “Çünki xəstəxanalara müraciətlərin çoxluğuna görə növbələr olurdu və bu da vətəndaşlar üçün çətinlik yaradırdı. Ona görə də ilk olaraq Bakıdakı xəstəxanalar onlayn növbəyə keçdi. Vətəndaşlar evdə oturaraq öz növbələrini rahat şəkildə götürə biləcək və tibbi xidmətlərdən keyfiyyətli şəkildə istifadə edəcəklər”.

Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov hazırda Azərbaycanda qızılca ilə bağlı vəziyyətin stabil olduğunu bildirib.

Qızılcaya yoluxma halları ilə bağlı vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır.

“Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxdurucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyətinə uyğun olaraq tədbirlər görülür”, – V.Qurbanov əlavə edib.

Qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab edilmir.

Onun sözlərinə görə, xəstəyə ixtisaslı həkimlərin baxmasına ehtiyac var:

“Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”.

TƏBİB sədri həmçinin qızılca ilə bağlı valideynlərə çağırış edib:

“Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”.

Əvvəlki məqaləTəhsil reytinqində yenə aşağıdayıq: Niyə yaxşı nəticə göstərə bilmirik?
Növbəti məqalədəBu şəxslərə uşağa görə əlavə pul veriləcək