Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.
Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
2002-ci il təvəllüdlü Əfsun Bəxtiyar oğlu Xudaverdiyev yaşadığı evdə özünü bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.