Binəqədidəki partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı

0
2911
bineqedi-mebel-sexi.png

Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib.

Bineqedi.com-un Qafqazinfo-ya istinadən məlumatına görə, mebel sexində baş vermiş hadisə nəticəsində Cəfərov Zaur Qulu oğlu dünyasını dəyişib.

Bundan başqa, onun qardaşı Cəfərov Şahin və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb.

Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, mebel sexində baş vermiş partlayış nəticəsində ümumilikdə 9 nəfər həlak olub.

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

partlayisda-ozu-oldu-qardasi-ve-bacisi-oglu-agir-yaralandi

Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha 3 nəfərin kimliyi bilinib.

Bunlar-Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.

A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olub. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə nəticəsində bu günə olan məlumata görə 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir.

Həlak olan şəxslərdən üçünün fotosunu təqdim edirik:

Aydın Atakişiyev

Fərid Qubadov

Elvin Məmmədov 

Əvvəlki məqalə“Fransa Ermənistandan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə edir”
Növbəti məqalədəSəhiyyə Nazirliyi: “Apteklərdən elektron reseptsiz dərman almaq mümkün olmayacaq”