Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
2182
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti 24 ünvanında idman qurğusunun quraşdırılması; Azadlıq prospekti 24 ünvanında girişlərin təmir olunması; F. Məlikov küçəsi 4 ünvanında kanalizasiya xəttinin açılması; 7-ci mikrorayon ərazisində sahibsiz heyvanlarla bağlı tədbirin görülməsi; işlə təmin olunma; A.Kunanbayev küçəsi 66 ünvanında yerləşən yaşayış binasında navalçanın təmiri, həmin ünvanda qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası və Abay Kunanbayev küçəsi 16 ünvanında yeni salınmış parkda müşahidə kamerasının quraşdırılması; A.Kunanbayev küçəsi 11A ünvanında quru ağacların götürülməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləCəsarətli bəyanat
Növbəti məqalədəAŞPA-nı “narahat edən” nədir?