Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi – FOTO

0
2398
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ərdəbil küçəsində yarımçıq qalmış asfaltlanma işlərinin tamamlanması, Amin Qəfərli,10 May və Qarabağ küçələrinin kəsişməsində işıqforun quraşdırılması, Nurlan Həsənov küçəsi və 10-cu döngədə dayanacaqların quraşdırılması, X.Məlikaslanov küçəsində kanalizasiya xəttinin yuyulması, 12-ci Biləcəri küçəsinin asfaltlanması, Natiq Həşimi 33 saylı binanın qarşısında söbətgahın təmir edilməsi, 10 May küçəsində quraşdırılmış piyada işıqforun təmir olunması, 5057/68 məhəllədə ağacların budanması, 202 saylı marşrutun Yeni Yaşayış massivinə qədər uzadılması, 10 May Küçəsində iri mağazaların birində Kapital bank və ya ABB bankomatının yerləşdirilməsi, A.Zeynallı küçəsi 27 A binanın qarşısında çökmüş asfalt örtüyünün bərpa olması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 3 nəfər və kütlə şəkili ola bilər
Bir 15 nəfər və kütlə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə qadın seçicilərlə görüş keçirildi – Foto
Növbəti məqalədəƏlilliyi olan şəxslərin avtomobil və digər reabilitasiya vasitələri ilə təmin edilməsi prosedurunda YENİLİK