Ceyhun Bayramov: “Onlar əllərindən gələni edirlər ki, gərginlik olsun”

0
2148
ceyhun bayramov

“Son beş ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla şərti sərhəddə sülh və sakitlik mövcud idi”.

Bineqedi.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, beş aya yaxın müddətə nəzər saldıqda bəzi çevrələrin bundan narahat olduğu görülür:

“Onlar əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun. Hər bir Azərbaycan vətəndaşı bunun şahidi olub”.
* * *
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda müəyyən fasilə baş verib. Amma sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir”.

Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsinə qərar verilib:

“Yaxın günlərdə sülh müqaviləsi üçün Ermənistanın nümayəndə heyəti ilə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”.
Əvvəlki məqaləMəktəbdəki işıq problemi həll olundu
Növbəti məqalədəBinəqədi məktəbliləri Memorial Soyqırımı Muzeyini ziyarət ediblər – FOTO