Binəqədi məktəbliləri Memorial Soyqırımı Muzeyini ziyarət ediblər – FOTO

0
2822
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şagirdlər Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyini ziyarət etdilər.
Bineqedi.com saytına verilən məlumata görə, ziyarətdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Leyla Quliyeva və orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edirdilər.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyi xalqımıza qarşı törədilmiş cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən gənc nəslin ətraflı məlumatlandırılması üçün cinayət qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmışdır. Muzeydə olan tarixi sənədlər, foto və video materiallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri haqqında dolğun məlumat vermək missiyasında əhəmiyyətli rol oynayır. Eksponatlar içərisində qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır.
Ziyarətçilər muzeylə tanış olduqdan sonra erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri soyqırımdan bəhs edən videoçarxa baxdılar.
Bineqedi.com
Əvvəlki məqaləCeyhun Bayramov: “Onlar əllərindən gələni edirlər ki, gərginlik olsun”
Növbəti məqalədəPrezident Xocalıda soyqırımı memorialının təməlini qoyub, Xankəndi şəhərində olub – Foto