Xarici vətəndaşlığı qəbul etmiş şəxslər də orduya çağırılacaq – RƏSMİ

0
2607

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 

Bineqedi.com xəbər verir ki, bu bardə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Sözügedən müddəa Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsində öz əksini tapıb.

Əvvəlki məqaləAzərbaycanda bu avtomobillər ucuzlaşacaq – VİDEO
Növbəti məqalədəPaşinyan vədlərlə yemlənir: ermənilər çox ağır vəziyyətə düşəcək