Binəqədidə məktəbdə pəncərədən yıxılan şagirdlə bağlı – Açıqlama

0
3038
tecili yardim

Bakıda şagird özünü məktəb binasından atıb.

Hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib. Sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən atıb. O, müxtəlif bədən xəsarətləri alıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, idarənin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir: “Hadisə ilə bağlı araşdırma aparılır. Məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Əlavə məlumat veriləcək”.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 16 yaşlı vətəndaş (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Əvvəlki məqaləElxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəBinəqədidə taksi sürücüsü sükan arxasında öldü – Foto