Binəqədidə taksi sürücüsü sükan arxasında öldü – Foto

0
3036

Ötən gecə Binəqədi rayonu Mehdiabad qəsəbəsində taksi sürücüsü qəfil vəfat edib.

Bineqedi.com xəbər verir ki, taksi sifarişi şəbəkəsinə qoşulmuş “Toyota Prius” markalı avtomobilin gənc sürücüsü sükan arxasında olarkən özünü pis hiss edib.

O, maşını yol kənarına çəkdikdən sonra vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, sürücünün artıq dünyasını dəyişdiyi müəyyən olunub.

***

Binəqədi rayonunda intihar hadisəsi baş verib.

1945-ci il təvəllüdlü Boris Qurban oğlu Aslanov Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsindəki evin yataq otağında intihar edib. O, qapının tutacağından kəndirlə özünü asıb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə məktəbdə pəncərədən yıxılan şagirdlə bağlı – Açıqlama
Növbəti məqalədəBinəqədidə Yel Çərşənbəsinə həsr edilmiş tədbir keçirilib – Foto