Qadınlara qarşı dələduzluqda şübhəli bilinən şəxslər tutuldular

0
3070
bineqedi-qetl-kafe-polis-binagadi

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının 4000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və 5000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən M.Qasımov da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləAzərbaycan yaşıl gündəliyi nümayiş etdirir
Növbəti məqalədəBinəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib